Cari ildə dövlət satınalmalmalarının həcmi 69,5% artıb.
İnsider.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib.
“İşğaldan azad edilmiş ərazilərdə cari ilin 10 ayında "Ağdam" və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 13 daimi rezident, 3 qeyri-rezident qeydiyyata alınıb. Bu rezidentlər 80 milyon manata yaxın investisiya yatırmağı, 900-dən artıq iş yeri yaratmağı planlaşdırır”, - deyə M.Cabbarov bildirib.
APA