azal-baki-ile-berlin-arasinda-ucuslari-berpa-edir

AZAL Bakı ilə Berlin arasında uçuşları bərpa edir

“Azərbaycan Hava Yolları” aviaşirkəti 29 maydan etibarən Bakı ilə Berlin arasında uçuşların yerinə yetirilməsini bərpa edir.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri aviaşirkət tərəfindən həyata keçiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Almaniyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunub.

Azərbaycana giriş qaydaları haqqında məlumatla buradakı linkdən tanış olmaq mümkündür.