“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-da Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Xatırladaq ki, Bakıdan İstanbula uçan təyyarə təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar yerli vaxtla saat 10:39-da Ankarada eniş etmişdi.
11:30
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib.
Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.
Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Oxu.Az