10 mart 2022-ci il tarixində “Azenco” ASC səhmdarlarının növbədənkənar illik ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin idarə heyətinin illik hesabatı.
2. Cəmiyyətin illik hesabatının (balansın) təsdiqi.
3. Cəmiyyətin müşahidə şurasının hesabatı.
4. Cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı.
5. Cəmiyyətin idarə heyətinin, müşahidə şurasının və maliyyətəftiş komissiyasının yeni tərkiblərinin seçilməsi.
6. Cəmiyyətin maliyyə nəticələrinin müzakirəsi və mənfəətin bölüşdürülməsi.
7. Cari məsələlər.
Yığıncaq Mingəçevir şəhəri, Dövlət Dram Teatrının binasında keçiriləcəkdir.
“Azenco” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində "Layihələndirmə, tikinti və satınalma" müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir.