azerbaijan-international-mining-company-limited-aimc-sirketi-azteminatli-ailelere-novruz-sovqati-pa

“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb

Azərbaycanın aparıcı qızıl və mis istehsalçısı olan “Azerbaijan International Mining Company Limited” şirkəti tərəfindən Novruz bayramı münasibətilə Gədəbəy rayonunda yaşayan aztəminatlı ailələrə ənənəvi olaraq sovqatlar paylanılıb.

“Azerbaijan International Mining Company Limited” şirkətinin əməkdaşları Gədəbəy rayonunda məskunlaşan 300-dən çox ailəyə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdıraraq, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər.

Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri kimi aztəminatlı ailələrə göstərilən diqqət və qayğıya öz töhfələrini vermək üçün AIMC şirkəti tərəfindən təşkil olunan xeyriyyə tədbiri Gədəbəyin Qumlu massivi daxil olmaqla, Arıxdam, Söyüdlü, Qaradağ kəndləri üzrə məskunlaşan əhaliyə şamil olunub. Sakinlər AİMC tərəfindən göstərilən dəstəyə görə başda Dövlətimiz olmaqla əməyi keçən hər kəsə, o cümlədən aksiya iştirakçılarına təşəkkürlərini bildiriblər.

Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi “Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti mütəmadi şəkildə aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəmir. Ehtiyacı olan ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, uşaqlarının təhsil xərclərinin ödənilməsi, sağlamlıqla bağlı problemlərin həlli və yüksək məğləb tələb edən əməliyyat xərclərinin qarşılanması üçün ödənişlərin həyata keçirilməsi istiqamətində öz dəstəyini verir. Hər il 20-yə yaxın şagirdi məktəb ləvazimatları və məktəbli forması ilə təmin edən şirkət ən son layihədə 120-yə yaxın birinci sinifə gedən şagirdə forma və məktəb ləvazimatları təqdim etmişdir. Həmçinin AIMC şirkəti Mədənçilik və  Geologiya ixtisaslarında oxuyan əlaçı tələbələrə təqaüdlər verir.

Daha öncə şirkət tərəfindən təşkil olunan kompyuter və ingilis dili kurslarında 800-dən çox şagird iştirak edib. Eyni zamanda pandemiya dövründə fəaliyyətini dayandıran bu kursların yenidən bərpa edilməsi üçün hal-hazırda zəruri prosedurlar həyata keçirilir.

Qeyd edək ki, AIMC Gədəbəydə təşkil olunan Taekvondo və Futbol çempionatına sponsorluq etməklə yanaşı adıçəkilən idman növlərinin davamlı fəaliyyət göstərməsi üçün onları daimi maliyyələşdirir.

Şirkət eyni zamanda il ərzində bir neçə dəfə kənd yollarının bərpa olunmasına texnika və zəruri materialları təmin etməklə dəstək olur.

“Azerbaijan International Mining Company Limited” şirkəti bu cür fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı, həmrəylik prinsiplərinin güclənməsi istiqamətində aparılan işlərə öz töhfəsini verməyə çalışır.

Sosial məsuliyyət öhdəliklərinə sadiq qalan AIMC şirkətinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmyərliyi Günü münasibəti ilə aztəminatlı ailələrə bayram sovqatı paylamışdı. Şirkət əməkdaşları bu yanaşmanı Ramazan bayramında da davam etdirəcəklərini bildiriblər.