azerbaycan-bank-sektorunun-esas-gostericileri-aciqlandi

Azərbaycan bank sektorunun əsas göstəriciləri açıqlandı

Mərkəzi Bank 31 may 2021-ci il tarixinə olan bank sektorunun əsas göstəricilərini açıqlayıb.

Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 milyard 810,7 milyon manat təşkil edib.Bu, ötən il iyunun 1-i ilə müqayisədə 8,2% çoxdur.

Bankların aktivlərinin 13 milyard 501 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 3,55% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,7%-dən 39,9%-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,8% artaraq 29 milyard 58,2 milyon manata, o cümlədən depozit portfeli 10,6% artaraq 22 milyard 65,5 milyon manata çatıb. Bunun 8 milyard 478 milyon manatı fiziki, 13 milyard 587,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3%, şirkətlərin banklardakı vəsaitləri isə 9,6% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 6,6% azalaraq 371,3 milyon manat olub.

Sektorun balans kapitalı isə 4,2% artaraq 4 milyard 752,5 milyon manat təşkil edib.

Marja