Bu ilin on ayında operativ məlumatlara görə, Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında 27,2 mln. ton neft hasil edilib, bunun da 21,9 mln. tonu ixraca nəql edilib.
İnsider.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% artımla hasil edilmiş 38,4 mlrd. kubmetr qazın 18,2 mlrd. kubmetri ixrac olunub.