Bu ilin yanvar ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 120 milyon 72,5 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 29 milyon 819,9 min dollar və ya 33% çoxdur.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu ilin yanvar ayında ixracın həcmi 3 milyon 309,3 min dollar və ya 2,2 dəfə artaraq 6 milyon 80 min dollar, idxalın həcmi isə 26 milyon 510,6 min dollar və ya 30,3% artaraq 113 milyon 992,4 min dollara çatıb.
2020-ci ilin yanvar ayında 107 milyon 912,4 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 23 milyon 201,3 min dollar və ya 27,4% çoxdur.
© APA