azerbaycan-diller-universitetinin-nizamname-fondu-13-milyon-manat-mueyyenlesdirilib

Azərbaycan Dillər Universitetinin Nizamnamə fondu 13 milyon manat müəyyənləşdirilib

Nazirlər Kabineti “Azərbaycan Dillər Universitetinin Nizamnaməsi”ni təsdiq edib.

İnsider.az xəbər verir ki, sənədə əsasən, universitetin nizamnamə fondu 13.091.362 manatdır.

Universitetin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli təhsildən əldə olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən digər daxilolmalardan, ianələrdən, qrantlardan daxil olan vəsaitdən formalaşdırılır.

©“Report”