Azərbaycan Dövlət Tərcümə Mərkəzinin cəmi aktivləri bu il yanvarın 1-nə 1,873 milyon manat təşkil edib.
İnsider.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, Mərkəzin öhdəlikləri yoxdur. Yəni onun aktivləri yalnız cəmi kapitalı hesabına formalaşıb.
2018-ci ildə Mərkəzin dövlət büdcəsindən ayırmalar hesabına gəlirləri 1,757 milyon manat, əməliyyat gəlirləri 16 min manat, yenidən qiymətləndirmə üzrə gəlirləri 100 min manat, işçi heyəti üzrə xərcləri 1,059 milyon manat, amortizasiya xərcləri 42 min manat, əməliyyat xərcləri isə 707 min manat təşkil edib. Son nəticədə qurum ötən ili 65 min manat mənfəətlə başa vurub.
©“Report”