azerbaycan-dusmene-sonuncu-defe-xeberdarliq-etdi-terter-atese-tutulur

Azərbaycan düşmənə sonuncu dəfə xəbərdarlıq etdi - TƏRTƏR ATƏŞƏ TUTULUR

Müdafiə Nazirliyi: Düşmən sonuncu dəfə xəbərdar edilir

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sentyabrın 28-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulur.

Müdafiə Nazirliyinin rəhbərliyi qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, tərəfimizdən onlara qarşı adekvat cavab tədbirləri görüləcək.