2020-ci ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin yanvar ayında əhalinin gəlirləri nominal ifadədə 1,3 faiz azalaraq təxminən 4 milyard manat təşkil etmişdir.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
“İlkin məlumatlara görə, 2021-ci ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri 4 milyard 11,2 milyon manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz azalmışdır. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 milyard 577,7 milyon manatlıq vəsait qalmışdır”,- Komitədən bildirilib.