Dövlət Statistika Komitəsi iyunun 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayını açıqlayıb.
İnsider.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar-may aylarında ölkə əhalisinin sayı 31 676 nəfər və ya 0,3% artaraq 2019-cu il iyun ayının 1-i vəziyyətinə 10 013 133 nəfərə çatıb. Əhalinin 52,8%-ni şəhər, 47,2%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, BMT-nin proqnozlarına görə, 2019-cu ilin sonunda Azərbaycanda əhalinin sayı 10 047 718, 2020-ci ildə isə 10 139 770 nəfərə çatacaq.
Xatırladaq ki, bu ilin aprelin 6-da Azərbaycan əhalisinin sayı 10 milyona çatıb.