azerbaycan-gurcustandan-yuk-masinlarinin-idxalini-artirib

Azərbaycan Gürcüstandan yük maşınlarının idxalını artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 963 ədəd yük maşını idxal edib.

İnsider.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan yük maşınlarının ümumi dəyəri 6 mln. 522,4 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan aldığı yük avtomobillərinin sayı 521 ədəd və ya 2,17 dəfə artıb.

Ötən ilin analoji dövründə Azərbaycan Gürcüstandan 3 mln. 136,6 min dollar dəyərində 442 ədəd yük maşını idxal edib. 

©Report