azerbaycan-hokumeti-illik-inflyasiya-ile-bagli-proqnozlarini-aciqlayib

Azərbaycan hökuməti illik inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb

2019-cu ildə Azərbaycanda inflyasiyanın 3,7% təşkil edəcəyi proqnozlaşdırılır.

İnsider.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Hökumətin 2020-ci ildə qiymət artımı ilə bağlı proqnozu isə 4,6%-dir. Bu göstəricinin 2021-ci ildə 4,5%, 2022-ci ildə 4,1%, 2023-ci ildə isə 3,9% olacağı gözlənilir.