azerbaycan-iqtisadiyyatinin-artim-sureti-yavasladi

Azərbaycan iqtisadiyyatının artım sürəti yavaşladı

Azərbaycan iqtisadiyyatının illik artım tempi 2,5%-dən 2,1%-ə düşüb. Tikinti sektorunda istehsal kəskin azalıb.

Dövlət Statistika Komitəsinə görə, 2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə 65 milyard 415,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 58 milyard 464,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdi.

2019-cu ilin yanvar-oktyabr aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artmışdır.

Komitənin məlumatında qeyd edilib ki, 9 ay ərzində tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1 faiz, sənayedə 1,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3,0 faiz artmış, tikintidə isə 6,2 faiz azalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 6609,6 manata bərabər olmuşdur.

Marja