azerbaycan-manatinin-dovretme-sureti-artib

Azərbaycan manatının dövretmə sürəti artıb

Bu ilin sentyabr ayının yekununda Azərbaycan manatının dövretmə sürəti 4,81 bənd təşkil edib.

İnsider.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqust ayının yekunu ilə müqayisədə 0,03 bənd çoxdur.

Bununla belə, milli valyutanın dövretmə sürəti ilin əvvəlinə nisbətən 0,64 bənd, son 1 ildə isə 0,9 bənd azalıb.