azerbaycan-manatinin-dovretme-sureti-artib

Azərbaycan manatının dövretmə sürəti artıb

Bu il aprelin 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,46 bənd təşkil edib.

İnsider.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,34 bənd çox, yanvarın 1-nə nisbətən 0,02 bənd, ötən ilin aprelin 1-nə nisbətən isə 0,61 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir.