azerbaycan-manatinin-effektiv-mezenneleri-artib

Azərbaycan manatının effektiv məzənnələri artıb

Bu ilin oktyabr ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 76,9 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,9 bənd, ilin əvvəlinə nisbətən 3,5 bənd, ötən il oktyabrın 1-i ilə müqayisədə isə 2,9 bənd çoxdur.

Sentyabrın sonuna milli valyutanın real effektiv məzənnəsi isə 102,6 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1 bənd, ötən ilin sonuna nisbətən 3,6 bənd, ötən ilin oktyabrın 1-i ilə müqayisədə isə 3,2 bənd çoxdur.