azerbaycan-merkezi-banki-valyuta-ehtiyatlarini-aciqladi

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını açıqladı

2022-ci ilin İyul ayı ərzində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 35.3 milyon dollar artıb.

29.07.2022-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 407.2 milyon dollar təşkil edib.

30.06.2022-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 371.9 milyon dollar təşəkil etmişdi.

Cari ilin 7 ayında valyuta ehtiyatları 332.2 milyon dollar artıb.

Valyuta ehtiyatları, milyon dollar ilə

29.07.2022     7407.2

30.06.2022     7371.9

31.05.2022     7230.7

29.04.2022     7085.8

31.03.2022     7136.5

28.02.2022     7158.0

31.01.2022     7072.7

30.12.2021     7075.0

Marja