azerbaycan-merkezi-bankinin-valyuta-ehtiyatlari-azalib

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2021-ci ilin Oktyabr ayının sonu ilə müqayisədə Noyabr ayında 22,4 milyon dollar azalaraq 7 milyard 18,7 milyon dollara düşüb.

Mərkəzi Banka istinadən verilən xəbərə görə, Oktyabr ayının sonunda Mərkəzi Bankının valyuta ehtiyatları 7 milyard 41,1 milyon dollar təşkil etmişdi. 

2021-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) Mərkəzi Bankın valyuta ehtiyatları 649,3 milyon dollar artıb.

Valyuta ehtiyatları, milyon ABŞ dolları ilə

30.11.2021     7018.7

29.10.2021     7041.1

30.09.2021     7033.8

31.08.2021     7042.6

30.07.2021     6496.5

30.06.2021     6455.3

31.05.2021     6460.4

30.04.2021     6367.6

31.03.2021     6356.2

26.02.2021     6367.6

29.01.2021     6365.2

30.12.2020     6369.4

Marja