Azərbaycan 2015-2018-ci illərdə 135,5 mln. ton neft və qaz kondensatı ixrac edilib.
İnsider.az xəbər verir ki, Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ötən 4 il ərzində ən yüksək qaz ixracı göstəricisi 2015-ci ildə – 35,1 mln. ton, ən aşağı göstərici isə 2018-ci ildə qeydə alınıb – 32,6 mln. ton.
Hesablamalara əsasən, son 4 il ərzində ölkədə neftin ixracı 7,1% azalıb.
Ölkədən 2015-2018-ci illərdə ixrac edilən neftin və kondensatın 6 mln. tonu SOCAR-ın, 119,8 mln. tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlar blokunun, 9,7 mln. tonu isə “Şahdəniz” qaz-kondensat yatağının payına düşüb.