azerbaycan-nefti-bahalasib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,85 ABŞ dolları və yaxud 1,39% artıb.

İnsider.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,10 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.