azerbaycan-nefti-cuzi-bahalasib

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft cüzi bahalaşıb.

Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları, yaxud 0,04% artaraq 84,63 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.