azerbaycan-nefti-deyer-itirir

Azərbaycan nefti dəyər itirir

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,19 ABŞ dolları, yaxud 2,06% azalıb.

İnsider.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,40 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.