azerbaycan-nefti-hefte-erzinde-ucuzlasib

Azərbaycan nefti həftə ərzində ucuzlaşıb

Həftə ərzində (16-20 dekabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 0,63 ABŞ dolları və ya 0,9% azalaraq orta hesabla 69,23 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 70,11 dollar təşkil edib, ən minimal göstərici isə 67,72 dollara bərabər olub.