azerbaycan-nefti-ucuzlasib

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,98 ABŞ dolları və ya 1,12% azalaraq, 86,72 dollara düşüb.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.