Azərbaycan neftinin qiyməti 90 ABŞ dolları həddini keçib.
“Azeri LT CIF” markalı xam neftin qiyməti 0,72 ABŞ dolları və ya 0,80 faiz artıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 90,56 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, son bir il ərzində Azərbaycan neftinin qiyməti ilk dəfədir ki, 90 ABŞ dolları həddini keçir.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.