Dünya bazarlarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin bir bareli ötən günlə müqayisədə 0,42% və ya 0,33 dollar artaraq 79,18 ABŞ dolları olub.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub. 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.