Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 1,22 ABŞ dolları, yaxud 1,6% azalaraq 75,05 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.