azerbaycan-neftinin-son-qiymeti

Azərbaycan neftinin son qiyməti

Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,13 ABŞ dolları artaraq 18,74 dollar təşkil edib.

Xatırladaq ki, indiyə qədər "Azeri LT CIF" neftinin minimal qiyməti aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınmışdır.