azerbaycan-neftinin-son-qiymeti

Azərbaycan neftinin son qiyməti

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,40 dollar və ya 2,73% azalaraq 85,02 ABŞ dollarına enib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.