Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 3,51 ABŞ dolları, yaxud 4,24% azalaraq 79,11 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.