azerbaycan-neftinin-son-qiymeti

Azərbaycan neftinin son qiyməti

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin bir barelinin qiyməti 3,12 ABŞ dolları, yaxud 3,74 % azalaraq 80,33 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.

2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.