Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 2,5 ABŞ dolları və ya 2,05% artaraq, 124,68 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.