azerbaycan-neftinin-son-qiymeti

Azərbaycan neftinin son qiyməti

29  mart – 2 aprel həftəsi ərzində dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 63,64 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,65 dollar və ya 1,03% çoxdur.

Həftə ərzində ən yüksək göstərici (III gün) – 64,25 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 62,53 dollar səviyyəsində olub.