azerbaycan-neftinin-sonqiymeti

Azərbaycan neftinin sonqiyməti

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin bir barelinin qiyməti 1,11 ABŞ dolları və ya 1,3% artaraq 86,16 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.