azerbaycan-opec-sazisine-qosulan-olkelerin-sayinin-artmasinda-maraqlidir

Azərbaycan OPEC+ sazişinə qoşulan ölkələrin sayının artmasında maraqlıdır

Energetika naziri Pərviz Şahbazov neft hasilatının azaldılmasına dair OPEC+ sazişinə qoşulan ölkələrin sayının genişləndirilməsi ilə bağlı çağırış edib.

İnsider.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Bu baxımdan, digər istehsalçı ölkələrin OPEC+ formatına cəlb edilməsini vacib sayıram”, - deyə nazir “Valday” Beynəlxalq Diskussiya Klubunun konfransında qeyd edib.

P.Şahbazov əlavə edib ki, Azərbaycan OPEC+ sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə davam etmək niyyətindədir.

“Azərbaycan öhdəliklərə sadiqliyini təsdiqləyir və neft bazarında sabitliyin təmin olunmasında fəal rol oynamağa davam edəcək”, - deyə P.Şahbazov vurğulayıb.

P. Şahbazov hesab edir ki, neftə olan tələbatın böhrandan əvvəlki səviyyədə bərpası ən azı iki il çəkə bilər.

Report