Azərbaycanın Tokio-2020 Yay Paralimpiya Oyunlarında medal görüşlərinə vəsiqə qazanan para-cüdoçu Şahanə Hacıyeva fransalı rəqibi Sandrin Martine ilə görüşüb.
İnsider.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız fransalı rəqibi Sandrin Martine ilə görüşün qalibi olub.
Şahanə Hacıyeva paralimpiya çempionu olub.
Sevincini bölüşən Şəhanə Hacıyeva, qələbəsini Şəhidlərimizə həsr etdiyini deyib:
"Mən sevinirəm ki, bu gənc yaşımda olimpiya çempionuj oldum, mənə hələ də yuxu kimi gəlir. Sevinirəm ki, Tokioda nəhayət ki, himnimiz səslənəcək. Bu qələbəni müəllimimə, valideynlərimə və Şəhidlərimizə həsr edirəm. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. İnşaAllah ardını komanda yoldaşlarımdan gözləyirəm!"