azerbaycan-pasportlar-indeksindeki-movqeyini-qoruyub

Azərbaycan Pasportlar İndeksindəki mövqeyini qoruyub

“Henley & Partners” 2020-ci ilin II rübü üçün Pasportlar İndeksini dərc edib.

İnsider.az xəbər verir ki, Yaponiya Pasport İndeksində 1-ci yeri tutur.

Bu ölkənin vətəndaşları dünyanın 191 nöqtəsinə vizasız (və ya gəldikdən sonra viza ilə) gedə bilər. Bu göstərici ötən ilki ilə müqayisədə iki ölkə çoxdur. Sinqapur (190 ölkə) ikinci, Cənubi Koreya və Almaniya (hər ikisi 189 ölkə) isə üçüncü yerdə qərarlaşıb.

Azərbaycan isə Pasportlar İndeksində tutduğu 76-cı yeri qoruyub. Respublika vətəndaşları dünyanın 67 ölkəsinə vizasız ziyarət edə bilərlər.

Reytinqdə sonuncu – 109-cu yeri Əfqanıstan tutur. Bu ölkənin vətəndaşları dünyanın cəmi 26 ölkəsinə vizasız səfər edə bilər.

Report