azerbaycan-pasportu-reytinqini-yaxsilasdirib

Azərbaycan pasportu reytinqini yaxşılaşdırıb

Kanadanın “Arton Capital” konsaltinq şirkəti dünya pasportlarının reytinqini dərc edib.

Reytinqdə Azərbaycan 61-ci yerdə qərarlaşıb. Respublika vətəndaşları 33 ölkəyə vizasız gedə bilər, daha 48 ölkədə isə vizanı həmin ölkəyə gəldikdə ala bilərlər. Lakin 117 ölkədə əvvəlcədən viza tələb olunur.

Qeyd edək ki, ölkəmiz 2022-ci ilin sonunda reytinqdə 62-ci yerdə olub.

Reytinqin lideri BƏƏ pasportudur ki, onun sahibləri 125 dövlətə vizasız gedə bilirlər. Daha 55 ölkədə isə pasport sahibləri vizanı həmin ölkəyə gəldikdə ala bilərlər. Yalnız 18 ölkədə viza əvvəlcədən tələb olunur.

İkinci yeri Almaniya, İsveç, Finlandiya, İspaniya, Lüksemburq, Fransa, İtaliya, Niderland, Avstriya, İsveçrə və Cənubi Koreya bölüşdürür. Onların sahibləri 23 ölkəyə səfər etmək üçün əvvəlcədən viza üçün müraciət etməlidirlər. Üçüncü yerdə Danimarka, Belçika, Portuqaliya, Norveç, Polşa, İrlandiya, Böyük Britaniya və Yeni Zelandiyadır (24 ölkədə məcburi viza tələb olunur).

Reytinqi 97-ci yerdə qərarlaşan Əfqanıstan qapayır.

Qeyd edək ki, reytinq pasport sahibinin vizasız səfər edə biləcəyi və gəliş zamanı viza ilə daxil ola biləcəyi ölkələrin sayına əsaslanır.