Bu ilin yanvar-iyun aylarında Azərbaycan 5,66 mlrd. kubmetrdən artıq qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 83% çoxdur.
İnsider.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 1,05 mlrd. ABŞ dollarına yaxın olub. Bu, 2018-ci ilin ilk yarısı ilə müqayisədə 84% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracında qazın payı 10,5% təşkil edib.