azerbaycan-rusiyadan-avtomobil-idxalina-gore-4-cu-yeri-tutub

Azərbaycan Rusiyadan avtomobil idxalına görə 4-cü yeri tutub

Azərbaycan 2019-cu ilin I yarısında Rusiya istehsalı olan 2100 ədəd minik avtomobili idxal edib.

Rusiya mətbuatının yaydığı məlumata görə, Rusiya istehsalı olan avtomobillərin idxal həcminə görə TOP-10-luğa daxil olan Azərbaycan 4-cü yeri tutur.

1-ci yerdə Özbəkistan (4300 ədəd), 2-ci yerdə Çexiya (4000 ədəd), 3-cü yerdə isə Latviya (300 ədəd) qərarlaşıb.

TOP-10-luğa Slovakiya (851 ədəd), Ukrayna (787 ədəd), Serbiya (688 ədəd), Macarıstan (626 ədəd), Bolqarıstan (355 ədəd) və Monqolustan (302 ədəd) da daxildir.

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan 16 min 965 min ədəd minik maşını idxal edib. Beləliklə, idxalda Rusiya avtomobil sənayesinin payı cəmi 12,4% təşkil edir. 

İnterfaks-Azərbaycan