azerbaycan-sigortacilar-assosasiyasi-ictimai-birliyinin-asa-ib-ofisinde-ar-dovlet-turizm-agentliyini

Azərbaycan Sığortaçılar Assosasiyası İctimai Birliyinin (ASA İB) ofisində AR Dövlət Turizm Agentliyinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycanda turizm xidmətləri üzrə keyfiyyətin yaxşılaşdırılması və ölkəyə gələn turistlərin məmnunluğunun artırılması cari vəziyyətdə əsas məsələlərdən biridir. Bu məqsədlə turagentlərin və turoperatorların fəaliyyətinin tənzimlənməsi və standart mexanizmin qurulması məqsədilə Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən “Turizm haqqında “ qanun lahiyəsi hazırlanmışdır. Hazırlanan qanun lahiyəsində əsas məqsəd turizm sahəsinin tənzimlənməsi olmaqla bərabər, turagentlərin və turoperatorların fəaliyyətləri ilə bağlı olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə üçüncü şəxslər(turistlər) qarşısında mülki məsuliyyətin sığorta etdirilməsidir.

ASA İB-nin təşkilatçılığı ilə, Azərbaycan Dövlət Turizm Agentliyinin səlahiyyətli şəxsləri  ASA İB-nin ofisində sığorta şirkətlərinin, turagentlər və turoperatorların, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda tətbiq olunacaq model müzakirə edildi. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanun lahiyəsi və görüləcək işlər barədə məlumat verildi. 

İclasda Turizm sahədində mülki məsuliyyət sığortasının tətbiqi zamanı əldə ediləcək fayda, yaranacaq problemlər və risklər müzakirə olundu, proitet məsələlərin müəyyənləşdirilməsi istiqamətində danışıqlar aparıldı.
Sonda turagent və turoperatorlara bu modelin tətbiqi zamanı qarşıya çıxabiləcək risklərin müəyyən edilməsi barədə tapşırıq verildi. Müəyyən edilən risklər əsasında modelin yenidən müzakirə edilməsi üçün növbəti iclas tarixi müəyyən edildi.

ASA İB ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.