azerbaycan-silahli-quvvelerinin-daha-alti-herbcisi-sehid-olub

Azərbaycan Silahlı Qüvvələrinin daha altı hərbçisi şəhid olub

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların yeni siyahısı açıqlanıb.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Siyahıda 77 şəhidin adı göstərilib. 

Buna qədər şəhidlərimizin sayı 71 idi.

Siyahiya əlavə edilən altı hərbçimiz haqqında məlumatları təqdim edirik: 

1) Baş çavuş Hüseynli Rəşad Ramiz - 21.05.2000 - Dövlət Sərhəd Xidməti
2) Əsgər Balaşzadə Röyal Atduxan - 23.11.2003  - Azərbaycan Ordusu
3) Əsgər Kəlbiyev İsa Rəhim oğlu - 21.09.2002 - Azərbaycan Ordusu
4) Əsgər Qarazadə Nicat Malik - 24.10.2002 - Azərbaycan Ordusu
5) Əsgər Qənbərli Rəşad Əlizamin - 25.06.1996 - Azərbaycan Ordusu
6) Əsgər Süleymanov Turxan İdris oğlu - 20.09.2002 - Azərbaycan Ordusu