azerbaycan-sirketi-gurcustanda-ilk-neft-emali-zavodunu-tikecek

Azərbaycan şirkəti Gürcüstanda ilk neft emalı zavodunu tikəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ, SOCAR) Kulevi neft terminalının yaxınlığında 2021-ci ildə Gürcüstanda ilk neft emalı zavodunun tikintisi başlanmalı və 3 ildən sonra başa çatmalıdır. Bunu layihəni reallaşdıran “Fazis Oil” şirkətinin icraçı direktoru Giya Şavdiya jurnalistlərə məlumat verib.

“İlkin qiymətləndirmələrə əsasən, 5 ildən sonra, yəni NEZ tam gücü ilə fəaliyyətə başlayandan sonra, Gürcüstanın dövlət büdcəsinə təqribən illik 50-60 milyon dollar daxil olacaq”, - o qeyd edib.

“Layihə üzərində iş fəal mərhələdədir. Artıq Royal Dutch Shell və Axens şirkətləri ilə lisenizya sazişlərinin bağlanması üzərində işləyirik, mart ayında isə həmin NEZ-i idarə edəcək İspaniyanın Cepsa neft-kimya korporasiyası ilə memorandum imzalanacaq”, - Şavdiya dəqiqləşdirib.

Onun sözlərinə görə, layihəyə əsasən, bu, yüksək texnoloji müəssisə olacaq. “İstehsalatda bərk tullantılar olmayacaq və zavod ekoloji təmiz benzin və əsasən yerli bazarda realizə ediləcək “Avro-5” və “Avro-6” standartlı dizel yanacağı istehsal olunacaq. Bu, Gürcüstana neft məhsullarının ökkəyə idxalını 15-20% azaltmağa imkan verəcək”, - Şavdiya qeyd edib.

© İnterfaks-Azərbaycan