azerbaycan-tibb-elmine-agir-itki-uz-verib

Azərbaycan tibb elminə ağir itki üz verib

Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının dosenti Qaraqurbanlı Vahid Ziyəddin oğlu 1 may 2024-cü il tarixində vəfat etmişdir.

Tibb elmləri üzrə fəlsəfə doktoru, ali dərəcəli cərrah Qaraqurbanlı Vahid 1948-ci ildə Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq kəndində (Qərbi Azərbaycann Dağ Borçalısı Loru mahalının Cucikəndində) anadan olmuş, 1956-a ildən həmin kəndin orta məktəbində, sonradan isə İlməzli orta məktəbində oxumuşdur.

1968-1974-cü illərda Azərbaycan Tibb institutunun Müalicə-profilaktika fakültəsində ali təhsil almış və Moskvada internaturanı bitirdikdən sonra orada Mərkəzi şəhər xəstəxanasında işləmişdir.

1979-1981-ci illərdə V.M.Vladimirski adına Moskva Vilayəti Elmi-Tədqiqat İnstitutunda tam klinik ordinatura kursunu bitirmiş əmək fəaliyyətini 15 saylı Moskva Şəhər Kliniki Xəstəxanasında davam etdirmişdir.

 1984-1989-cu illərdə Vahid Qaraqurbanlı əvvəlcə cərrah, sonra isə cərrahiyyə șöbəsinin müdiri işləməklə yanaşı, elmi fəaliyyətini davam etdirmiş və 1991-ci ildə "Mədəaltı vəzin cərrahi xəstəliklərinin müasir müayinə və müalicə üsulları" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Tibb elmləri üzrə fəlsəfə doktoru, dosentdir.

Vahid Qaraqurbanlı ali dərəcəli cərrah olmuş, cərrah kimi praktik fəaliyyətində sadədən mürəkkəbə qədər on minlərlə cərrahi əməliyyat icra etmişdir. O, 1994-cü ildə Bakıya köçmüş və həmin ildən Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasında işləyirdi.

Vahid Qaraqurbanlı elmi va pedaqoji foaliyyəti 100 elmi əsərdə, 1 monoqrafiyada, 2 ixtirada, 6 səmərələşdirici təklif və bir neçə me- todiki göstərişdə öz əksini tapmıșdir. O, bu müddətdə 20-yə yaxın beynəlxalq, keçmiş ittifaq və respublika konfranslarında çıxıș etmis, çox sayda elmi məqalələr çap etdirmişdir.

Tibbi Universitetinin kollektivi mərhumun ailə üzvlərinə və tibb ictimaiyyətinə səbr diləyir və dərin hüznlı baş sağlığı verir.