Bu ilin yanvar-mart aylarında Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 740,4 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.
İnsider.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71,9 min ABŞ dolları və yaxud 8,9% azdır.
Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 10,8%-nə bərabər olub.
I rübdə Azərbaycanın Türkiyəyə ixracının dəyəri 253,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 251 min ABŞ dolları və yaxud 49,7% azdır.
Azərbaycanın Türkiyədən idxalının dəyəri isə 389,8 min ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 82,4 min ABŞ dolları və yaxud 26,8% çoxdur.
Azərbaycanın Türkiyəyə ixracı ümumi ixracının 6%-nə, Türkiyədən idxalı isə ümumi idxalının 14,8%-nə bərabər olub.
Report