azerbaycan-turkiyeden-koronavirus-vaksini-alir-say-ve-mebleg

Azərbaycan Türkiyədən koronavirus vaksini alır - SAY VƏ MƏBLƏĞ

Azərbaycan hökuməti Türkiyədən 4 milyon ədəd koronavirus vaksini almağı qərara alıb.

Hökumətdəki mənbələrə istinadən  verilən xəbərə görə, vaksin Türkiyənin “Keymen İlaç” şikrətindən alınacaq. Qarşılığında isə şirkətə 80 milyon manat civarında vəsait ödəniləcək.

Hökumətin qərarına görə, vəsaitin bir hissəsi Koronavirusla Mübarizəyə Dəstək Fondu, digər hissəsi isə Maliyyə Nazirliyi tərəfindən qarşılanacaq və ilkin mərhələdə “Keymen İlaç” şirkətinə ümumi məbləğin 50 %-i ödəniləcək.

Report