azerbaycan-turkiyeye-qaz-ixracini-artirib

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə 4,3 mlrd kubmetrdən çox qaz ixrac edilib.

İnsider.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 21,7% çoxdur.

TANAP ilə Türkiyəyə bu müddətdə 1,6 mlrd kubmetr qaz nəql olunub.

İstismara veriləndən iyunun 1-dək TANAP-la Türkiyəyə 5,47 mlrd kubmetr qaz nəql edilib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Report